Prezident: Bütün azərbaycanlılar bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünyada yaşayan bütün azərbaycanlıları ürəkdən təbrik edib.
BAKU.WS xəbər verir ki, dövlətimizin başçısı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində, həmçinin deyib: "Onlar (bütün azərbaycanlılar) bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb. 2025-ci ildə olan bəzi hadisələr bir daha göstərdi ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir, önəmlidir və bizi - azərbaycanlıları ortaq tarix, dilimiz, köklərimiz, mədəniyyətimiz birləşdirir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib
Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciət edib. BAKU.WS müraciəti təqdi...