Peskov Ermənistan haqqında: Onlara elə gəlir ki, çoxvektorlu siyasət yürüdürlər
Rusiya Ermənistanın müxtəlif istiqamətlərdə balans yaratmaq istəyini görür və onun Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmasını izləyir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Amma eyni zamanda onlar (Ermənistan - red.) ŞƏT-də maraqlıdırlar. Yəni, onlara elə gəlir ki, çoxvektorlu siyasət yürüdürlər", - deyə o qeyd edib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bundan əvvəl ölkənin KTMT-də iştirakının dondurulmuş olmaqdansa, onun tərkibindən çıxmasını daha çox ehtimal etdiyini bildirmişdi.
Peskov "Mayak" radiostansiyasına verdiyi şərhdə qeyd edib ki, bu, Ermənistanın suveren məsələsidir.
Oxşar xəbərlər
Xaçaturyan: Türkiyə ilə sərhədlərin açılması Ermənistana Aralıq dənizi limanlarına çıxış imkanı verəcək
Türkiyə ilə sərhədin açılması Ermənistana Aralıq dənizindəki Türkiyə limanlarından istifadə etməyə imkan verəcək. BAKU.WS report-a istinadən xəbər verir ki, bu...