Parlament nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun başçılığı ilə parlament nümayəndə heyəti Rusiyanın Moskva şəhərində keçirilməsi nəzərdə tutulan Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının 23-cü iclasında iştirak etməyəcək.
Bu barədə BAKU.WS-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Buna səbəb Rusiya Federasiyasının Yekaterinburq şəhərində bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı etnik zəmində nümayişkaranə, məqsədli və mühakiməsiz şəkildə qətl və zorakılıq əməllərinin həyata keçirilməsi və son dövrdə bu kimi halların mütəmadi xarakter daşımasıdır.
Yuxarıda deyilənləri nəzərə alaraq, Azərbaycan parlament nümayəndə heyətinin adıçəkilən səfəri ləğv olunub.
Oxşar xəbərlər
Beynəlxalq ekspert: Rusiyada azərbaycanlılara qarşı zorakılıq Stalin repressiyalarını xatırladır
Rusiya hakimiyyətinin Yekaterinburqda azərbaycanlılara qarşı zorakılığı Sovet İttifaqı dövründə Stalin repressiyalarını xatırladır. BAKU.WS xəbər verir ki, bunu...
