Pakistanın baş naziri: "İlham Əliyev Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır"
"Pakistan ilə Azərbaycanı dərin kökləri olan qardaşlıq, qətiyyətli qarşılıqlı dəstək telləri bağlayır, xalqlarımızı çalışdıqları qlobal sülh, rifah və dayanıqlı inkişaf dəyərləri birləşdirir".
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimində videomüraciətində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bildirib.
O əlavə edib: "Biz Prezident İlham Əliyevin müdrik və düşünülmüş rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi yüksək nailiyyətlərdən fəxr hissi duyuruq. O, Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır".
Oxşar xəbərlər
Fuad Muradov Ankarada pakistanlı və nigeriyalı həmkarları ilə diaspor məsələlərini müzakirə edib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Pakistanın diaspor və insan resurslarının inkişafı üzrə naziri Çauduriy Salik Hussainqa və Nigeriyanın D...