Nursultan Nazarbayev Prezident İlham Əliyevi təbrik edib
Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
BAKU.WS xəbər verir ki, təbrik məktubunda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Qoy Ramazan ayında görülmüş xeyirxah işlər və edilmiş dualar qəbul olunsun, bu bayram hər bir ailəyə xeyir-bərəkət gətirsin. Böyük Yaradanımız qəlblərimizi iman ruhu ilə işıqlandırsın, ölkələrimizə sülh, xalqlarımıza həmrəylik bəxş etsin.
Hörmətli İlham Heydər oğlu, yüksək dəyərləri aşılayan bu bayram münasibətilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq diləyirəm".
Oxşar xəbərlər
"Haber Global": İlham Əliyev Davosda dünya liderləri ilə bir araya gəlir
Dünya liderləri Davosda bir araya gəlirlər. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək. BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin "Haber G...