Misirin sabiq prezidenti Hüsnü Mübarək vəfat etdi
Misirin sabiq prezidenti Hüsnü Mübarək vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin dövlət televiziyası məlumat yayıb.
Sabiq prezident 91 yaşında uzun sürən xəstəlikdən sonra həyatını itirib.
Yanvarın sonlarında eks-prezidentin mədəsində şiş aradan qaldırılmışdı. O, reanimasiya şöbəsində saxlanılırdı.
Hüsnü Mübarək 1981-ci ildən 2011-ci ilə qədər olan müddətdə Misiri 30 il idarə edib. 2011-ci ilin fevralında baş verən etirazlardan sonra tutduğu postdan istefa vermişdi.
Misirin keçmiş lideri korrupsiya və nümayişçilərin ölümü ittihamı ilə həbs edilmişdi.
Mübarək təxminən altı il həbsxanada saxlanılmışdı. 2017-ci ildə isə sərbəst buraxılmışdı. O, ailəsi ilə birgə Qahirədəki Heliopolis bölgəsindəki villasında yaşayırdı.
Oxşar xəbərlər
İran Süleymaninin intiqamını 18 ABŞ generalını öldürməklə alıb? - İDDİA
Əfqanıstanın Qəzni şəhərində yanvarın 27-si vurulan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Bombardier E-11A" təyyarəsində 18 general həyatını itirib. BAKU.WS xəbər...