Mehriban Əliyeva Arif Babayevin vəfatı ilə bağlı paylaşım edib
01
avq
2025
10:30
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
BAKU.WS xəbər verir ki, paylaşımda deyilir:
"Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun məharətlə ifa etdiyi muğamlar milli musiqi irsimizi daha da zənginləşdirmişdir. Arif Babayevin xoş, nurlu xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin".
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında HDQ qərargahını ziyarətinə dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında sentyabrın 6-da Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargahını ziyarətinə dair videoçarx paylaşılıb. BAKU.WS payl...