Əli Həsənovun qalmaqallı maşını özü ilə apardığı təsdiqləndi
31
yan
2019
15:48
Bir neçə gün əvvəl ölkə mətbuatında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin özünə bahalı xidməti avtomobil almasına dair məlumatlar yayılıb. Bu məlumatlarla bağlı Komitənin yaydığı açıqlamada qurumun keçmiş sədri, Baş nazirin müavini Əli Həsənovun vəzifədən gedərkən xidməti avtomobili özü ilə apardığı qeyd olunub.BAKU.WS xəbər verir ki, bununla bağlı baş nazirin müavini Ə.Həsənovun köməkçisi Ramin Talıblı musavat-a müraciət edərək, yayılmış məlumata aydınlıq gətirib. Onun dediyinə görə, Ə.Həsənov Komitə sədri olarkən Nazirlər Kabinetinə məxsus xidməti avtomobildən istifadə edib: "10-AA-203 dövlət nömrə nişanlı, 2012-ci il buraxılışlı, BMV markalı və hazırda Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənovun xidməti istifadəsində olan nəqliyyat vasitəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə məxsusdur.Əli Həsənov həmçinin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsini icra edən dönəmdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə sözügedən nəqliyyat vasitəsi müvəqqəti olaraq Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə xidməti istifadə üçün verilmiş, sonradan isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə Komitənin balansından çıxarılaraq Nazirlər Kabinetinə geri qaytarılıb”.BAKU.WS
Oxşar xəbərlər
“Qaçqınkom” sədrinin bahalı xidməti avtomobil almasına MÜNASİBƏT
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin bahalı xidməti avtomobil almasına münasibət bildirilib.BAKU.WS-in məlumatına görə, ko...