İlham Əliyev sosial müavinətləri artırdı - YENİ MƏBLƏĞLƏR
15
apr
2019
18:37
Azərbaycanda sosial müavinətlərin məbləği artırılıb. BAKU.WS-in məlumatına görə, bununla bağlı aprelin 15-də prezident İlham Əliyev fərman imzalayıb.Dəyişikliyə əsasən, yaşa görə müavinət 73 manatdan 130 manata qədər qaldırılıb.Əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinətlər:“I dərəcə əlilliyi olan şəxslərə — 150 manatII dərəcə əlilliyi olan şəxslərə — 130 manatIII dərəcə əlilliyi olan şəxslərə — 110 manat.Əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinətlər:“I dərəcə əlilliyi olan şəxslərə — 150 manatII dərəcə əlilliyi olan şəxslərə — 130 manatIII dərəcə əlilliyi olan şəxslərə — 110 manat.Əlillik “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və ya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinətlər:“I dərəcə əlilliyi olan şəxslərə — 150 manatII dərəcə əlilliyi olan şəxslərə — 130 manatIII dərəcə əlilliyi olan şəxslərə — 110 manat.Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən müavinət 82 manatdan 150 manata qədər, ailə başçısını itirməyə görə müavinət 68 manatdan 80 manata qədər, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət 68 manatdan 100 manata qədər, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 61 manatdan 100 manata qədər artırılıb.Bundan əlavə, uşağın anadan olmasına görə müavinət 109 manatdan 200 manata qədər, dəfn üçün müavinət 146 manatdan 300 manata qədər qaldırılıb.Fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir.BAKU.WS
Oxşar xəbərlər
Sabahdan sosial müavinətlər və Prezidentin aylıq təqaüdləri artır
Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamına...