Latviya Prezidenti: Sülh sazişinin imzalanması təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq
Latviya Prezidenti Edqars Rinkeviçs Prezident İlham Əliyevi və ümumilikdə Azərbaycan xalqını artıq paraflanmış sülh sazişi (Ermənistanla - red) ilə bağlı təbrik edib.
BAKU.WS xəbər verir ki, bunu aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
O ümid etdiyini bildirib ki, sülh sazişi tezliklə imzalanacaq:
"Bu, təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq".
Latviya Prezidenti bugünkü görüşdə regional proseslərin ətraflı müzakirə edildiyini də vurğulayıb.
"Azərbaycanın Trans-Xəzər nəqliyyat dəhlizi və enerji dəhlizində rolunu xüsusilə qeyd etmək istərdik. Bu, həm Latviya, həm də Avropa İttifaqı üçün əhəmiyyətli məsələdir", - deyə Latviya Prezident qeyd edib.
Oxşar xəbərlər
Fuad Muradov Ankarada pakistanlı və nigeriyalı həmkarları ilə diaspor məsələlərini müzakirə edib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Pakistanın diaspor və insan resurslarının inkişafı üzrə naziri Çauduriy Salik Hussainqa və Nigeriyanın D...