İrəvan məhkəməsi arxiyepiskop Adjapaxyan barəsində qərar verdi
Ermənistanda İrəvan məhkəməsi ölkədə hakimiyyətin devrilməsinə açıq çağırışlar etməkdə təqsirləndirilən Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Adjapaxyanın həbsdə qalma müddətini daha bir ay uzadıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, sentyabrın 2-də keçirilmiş məhkəmə iclasında prokuror həbs müddətinin uzadılması ilə bağlı vəsatət qaldırıb.
Məhkəmə qərarını arxiyepiskopun bu hərəkəti yenidən törətmək riskinin olması ilə əsaslandırıb. Hakim iş üzrə növbəti iclası sentyabrın 15-nə təyin edib.
Xatırladaq ki, iyunun 26-da Ermənistan Baş Prokurorluğu arxiyepiskopa qarşı konstitusiya quruluşunun devrilməsinə çağırış ittihamı ilə cinayət işi açıb. O, iyunun 27-də həbs edilib, iyunun 28-də isə ümumi yurisdiksiya məhkəməsinin qərarı ilə barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
XTQ-nin Aprel şəhidlərinin xatirəsi ehtiramla yad olunub
Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) "N" hərbi hissəsində 2016-cı ilin Aprel döyüşlərinin 10-cu ildönümü və aprel şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri...