İlin əvvəlindən İrəvan-Bakı-İrəvan marşrutu üzrə iki dövlət reysi həyata keçirilib
Bu ilin yanvar ayından iyun ayınadək İrəvandan Bakıya və əks istiqamətdə iki dövlət reysi həyata keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Sputnik-Armeniya"ya Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat verib.
"Bu il İrəvan-Bakı marşrutu üzrə bir reys və əks istiqamətdə bir reys həyata keçirilib. Hər iki halda, bortda yüksək vəzifəli xarici şəxslər olub", - qurumdan bildirilib.
Nazirlikdən qeyd ediblər ki, əlavə məlumata malik deyillər, çünki dövlət reysləri üçün icazələri Ermənistan Xarici İşlər Nazirliyi verir.
Daha əvvəl bildirilmişdi ki, 2020-ci ildən İrəvan-Bakı-İrəvan marşrutu üzrə hava əlaqəsi yalnız beynəlxalq nümayəndə heyətlərinin daşınması üçün dövlət reysləri formatında həyata keçirilir. Marşrutun işə salınmasından bəri 68 belə uçuş həyata keçirilib.
Oxşar xəbərlər
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də Berlində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb. BAKU.WS AZƏRTAC-a istinadən...