İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı baş tutub
25
iyn
2026
21:03
İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub.
BAKU.WS bu barədə AZƏRTAC-a istinadən xəbər verir.
Telefon danışığı zamanı mədəniyyət, elm, təhsil və idman kimi sahələrdə ənənəvi olaraq məhsuldar əməkdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb.
Həmçinin ikitərəfli münasibətlərin prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 6 il ötür
Azərbaycanın qədim yaşayış məntəqələrindən olan Zəngilan rayonunun Mincivan qəsəbəsinin erməni işğalçılarından təmizlənməsindən 6 il ötür. BAKU.WS xatırladır ki...