İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri gözlənilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Serbiya parlamentinin sədr müavini Yovan Yaniç jurnalistlərə açıqlamasında deyib.
Sədr müavini bildirib ki, bu səfərin ardınca Serbiya lideri Aleksandr Vuçiçin də Azərbaycana cavab səfəri olacaq.
"Son vaxtlar ölkələrimizin liderləri arasında səfər mübadiləsi daha intensiv hal alıb. Məndə olan məlumata görə, Prezident İlham Əliyevin Belqrada səfəri gözlənilir. Ümid edirik ki, bu səfər tezliklə baş tutacaq, ardınca isə Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycana cavab səfəri edəcək", - o qeyd edib.
Oxşar xəbərlər
"Qərbi Azərbaycanın yaddaş yerləri": Yalnız soydaşlarımızın yaşadığı Bəriabad kəndi necə erməniləşdirilib?
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda azərbaycanlıların 1980-ci illərin sonlarınadək yaşadıqları Bəriabad (indiki Barepa...