İlham Əliyevin Böyük Qaladərəsində sakinlərlə səmimi söhbəti: "Haber Global"ın reportajı
28
may
2026
17:05
"Azərbaycan Prezidenti İlham Əliyev Müstəqillik Günündə mənalı bir səfər edib. Dövlət başçısı tarixi bir gündə Qarabağın incisi olan Şuşanın Böyük Qaladərəsi kəndinə səfər edib".
BAKU.WS xəbər verir ki, bu, "Haber Global"ın hazırladığı reportajda qeyd olunub.
Bildirilib ki, Qarabağa səfəri zamanı dövlət başçısı orada görülən işlərlə tanış olub.
Diqqətə çatdırılıb ki, kənddə bir sıra layihələr həyata keçirilib, yollar təmir edilib, parklar salınıb.
Videomaterialda dövlət başçısının sakinlərlə səmimi söhbəti də geniş işıqlandırılıb.
Oxşar xəbərlər
Fuad Muradov Ankarada pakistanlı və nigeriyalı həmkarları ilə diaspor məsələlərini müzakirə edib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Pakistanın diaspor və insan resurslarının inkişafı üzrə naziri Çauduriy Salik Hussainqa və Nigeriyanın D...