İlham Əliyev: "Son 20 il ərzində generasiya gücümüz təxminən iki dəfəyə yaxın artıb"
"Son illər ərzində aparılan işlər nəticəsində biz öz enerji generasiya gücümüzü böyük dərəcədə artıra bilmişik.
Son 20 il ərzində generasiya gücümüz təxminən iki dəfəyə yaxın artıb və bu gün 10 min meqavata bərabərdir".
Bu sözləri Prezident İlham Əliyev "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə deyib.
"Yeni elektrik stansiyaları, - istər qaz, istər hidro, istər Günəş, külək, - bu gün Azərbaycan reallıqlarını müəyyən edib. Hazırda bizim ən azı iki min meqavat istifadə edilməyən generasiya gücümüz var ki, rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması üçün bu, başlıca şərtdir", - deyə dövlətimizin başçısı əlavə edib.
Oxşar xəbərlər
Ödənilməyən cərimə ilk növbədə məhkumun maaşından tutulacaq
Azərbaycanda məhkum cəriməsini müəyyən edilmiş müddətdə ödəmədikdə məbləğ ilk növbədə onun əməkhaqqından tutulacaq. BAKU.WS xəbər verir ki, Prezident İlham Əliy...