İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqriyə İranın Naxçıvana etdiyi dron hücumlarından sonra Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib.
BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin "X" hesabında paylaşım edilib.
"İran İslam Respublikasının Naxçıvanda mülki infrastruktura qarşı həyata keçirdiyi son dron hücumlarından sonra prinsipial mövqeyinə və həmrəyliyinə görə Slovakiya Prezidenti Peter Pelleqriyə səmimi təşəkkürümü bildirirəm. Azərbaycanın Tehrandan Slovakiya diplomatik heyətinin təxliyəsi zamanı göstərdiyi operativ dəstək ölkələrimiz arasında yüksək səviyyəli və strateji münasibətlərin aydın təzahürü, həmçinin beynəlxalq əməkdaşlığa sadiqliyimizin ifadəsidir", - paylaşımda vurğulanıb.
Oxşar xəbərlər
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
Bu gün Azərbaycan milli mətbuatının yaranması günüdür. 151 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Hə...