İlham Əliyev Polşa Prezidentini təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Andjey Dudaya təbrik məktubu göndərib.
BAKU.WS President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Polşa Respublikasının milli bayramı - Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
İnanıram ki, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim xalqlarımızın maraqlarına uyğun inkişaf edəcək və genişlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".
Oxşar xəbərlər
Rusiya Gümrüdən çıxır? - Putinlə Paşinyan arasında HƏRBİ BAZA GƏRGİNLİY
"Əgər Gümrüdəki hərbi baza Ermənistana lazım deyilsə, biz günü sabah gələ bilərik. Amma Ermənistan buna hazırdırmı?". BAKU.WS Baku TV-yə istinadən bildirir ki,...