İlham Əliyev Monteneqro Prezidentini Dövlətçilik Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyev Monteneqronun prezidenti Yakov Milatoviçə təbrik məktubu ünvanlayıb.
BAKU.WS-in məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
13 İyul – Dövlətçilik Günü münasibətilə Sizi və Monteneqro xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Xoş ənənələr üzərində qurulan Azərbaycan-Monteneqro dövlətlərarası əlaqələrinin, qarşılıqlı anlaşmaya və hörmətə əsaslanan tərəfdaşlığımızın möhkəmlənməsi məmnunluq doğurur. Siyasi əlaqələrimizin yüksək səviyyəsi bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, enerji, sərmayə qoyuluşu, turizm və digər istiqamətlər üzrə əməkdaşlığımızı daha da genişləndirmək üçün yaxşı zəmin yaradır.
İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Monteneqro arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı fəaliyyətimizin genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına daim əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyul 2026-cı il".
Oxşar xəbərlər
"Qərbi Azərbaycanın yaddaş yerləri": Yalnız soydaşlarımızın yaşadığı Bəriabad kəndi necə erməniləşdirilib?
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda azərbaycanlıların 1980-ci illərin sonlarınadək yaşadıqları Bəriabad (indiki Barepa...