İlham Əliyev Kopenhagendə Emmanuel Makronla görüşüb
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Fransa Prezidenti Emmanuel Makron ilə görüşü olub.
BAKU.WS xəbər verir ki, Fransa Prezidenti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar nəticələr münasibətilə dövlətimizin başçısını təbrik etdi.
Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə Vaşinqtonda əldə olunmuş nəticələrin regional sülh gündəliyinin irəli aparılması üçün tarixi əhəmiyyət kəsb etdiyini vurğuladı. Dövlətimizin başçısı hazırda sülh gündəliyinin irəliyə aparılması üçün müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin həyata keçirildiyini qeyd etdi.
Görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
***18:09
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Fransa Respublikasının Prezidenti Emmanuel Makron ilə görüşü olub.
BAKU.WS bu barədə AZƏRTAC-a istinadən xəbər verir.
Qalereya
Oxşar xəbərlər
Fuad Muradov Ankarada pakistanlı və nigeriyalı həmkarları ilə diaspor məsələlərini müzakirə edib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Pakistanın diaspor və insan resurslarının inkişafı üzrə naziri Çauduriy Salik Hussainqa və Nigeriyanın D...