İlham Əliyev: "Biz bu torpaqların əsl sahibləriyik"
"Biz öz milli qürurumuzu bərpa etdik, ədaləti, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Silahlı Qüvvələrimiz həm 2020-ci ildə, həm 2023-cü ildə böyük qəhrəmanlıq göstərmişdir. Bunun nəticəsində biz bu gün bu torpaqlardayıq və biz bu torpaqların əsl sahibləriyik".
BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Xocavənd rayonunun Xanoba kəndinin sakinləri ilə söhbəti zamanı deyib.
"Çünki Ermənistan buranı viran qoymuşdu. Yəni bütün kənd, qəsəbə, şəhər - hamısını dağıtmışdı. Burada bir neçə daxma tipli ev qalmışdı, amma indi baxın. Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı nə gündə idi, yerlə-yeksan etmişdilər. Xaricdən gələn erməniləri Laçında, Kəlbəcərdə qanunsuz məskunlaşdırmışdılar, ora da bərbad vəziyyətdə idi. Yəni hamısını biz yenidən qururuq. Cəmi 5-6 il ərzində Qarabağda və Şərqi Zəngəzurda 80 mindən çox insan yaşayır, çalışır, təhsil alır. Demək olar ki, hər ay, bəlkə də hər həftə keçmiş köçkünlər "Böyük Qayıdış" Proqramı çərçivəsində öz doğma diyarlarına qayıdırlar. Siz də artıq üç-dörd gündür ki, buradasınız", - deyə dövlətimizin başçısı qeyd edib.
Oxşar xəbərlər
Alyona Əliyeva Novruz yarmarkasını ziyarət edib
Martın 18-də Alyona Əliyeva və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Dənizkənarı Milli Park ərazisində təşkil olunmuş Novruz yarmarkasını ziyar...