İlham Əliyev Berdiməhəmmədova Füzulidə hədiyyə etdiyi məscidə görə təşəkkürünü ifadə edib
Azərbaycan Prezidenti İlham Əliyev Füzuli şəhərinə məscid hədiyyə etdiyinə görə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova və Türkmənistana minnətdarlığını bildirib.
BAKU.WS xəbər verir ki, Azərbaycanda səfərdə olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla geniştərkibli görüşdə danışan İlham Əliyev bununla bağlı qərarın ötən il Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində qəbul edildiyini və onun təməlinin Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilmiş Zirvə Görüşü çərçivəsində qoyulduğunu xatırladıb.
Prezident İlham Əliyev Türkmənistan tərəfindən bu məscidin hədiyyə edilməsini ölkələrimiz arasında səmimi qardaşlıq münasibətlərinin daha bir nümayişi olduğunu deyib.
Sərdar Berdiməhəmmədov Füzulidə məscid tikintisinə də toxunaraq, bu təşəbbüsün iki xalq arasında dostluğun və qardaşlığın rəmzi olduğunu qeyd edib.
Oxşar xəbərlər
Muxtar Babayev: Azərbaycan COP31-i güclü və etibarlı etmək üçün Türkiyənin yanındadır
İstanbul şəhərində Türkiyənin COP31 sədrliyi çərçivəsində baş tutan "İstanbul İqlim Maliyyəsi Sammiti"ndə iqlim ambisiyası ilə icra vasitələri arasındakı böyüyə...