İlham Əliyev: Azərbaycan Avropa İttifaqı ilə əlaqələrə mühüm əhəmiyyət verir
Azərbaycan Avropa İttifaqı ilə əlaqələrə mühüm əhəmiyyət verir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 16-da Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşündə deyib.
Dövlət başçısı ölkənin Avropanın enerji təhlükəsizliyində roluna toxunub:
"Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlər var. Bu gün Azərbaycanın Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 ölkəsinin enerji təminatında rolu var".
Azərbaycanın Orta Dəhlizdə oynadığı vacib rola toxunan Prezident İlham Əliyev bu dəhlizin inkişafı məqsədilə Azərbaycanda yaradılmış nəqliyyat infrastrukturuna qoyulmuş investisiyaları və bu istiqamətdə aparılan işləri qeyd etdi. Prezident Orta Dəhlizlə yüklərin daşınma həcminin artdığını da deyib.
Oxşar xəbərlər
Azovda hücuma məruz qalmış gəmilərdəki 19 Azərbaycan vətəndaşı ölkəyə yola salınıb
Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəyə yola salınıb. BAKU.WS xəbər verir ki, b...