İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidentini təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştaya təbrik məktubu ünvanlayıb.
BAKU.WS xəbər verir ki, mətndə deyilir:
Hörmətli cənab Prezident,
Avropa İttifaqı Şurasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi təbrik edirəm.
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələri geniş gündəliyə malikdir və enerji, o cümlədən yaşıl enerji, nəqliyyat, ticarət və digər sahələri əhatə edir. Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın mühüm rolu danılmazdır.
İnanıram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoqun, iqtisadi-ticari əməkdaşlığın və mədəni mübadilələrin qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da inkişaf etməsi, konstruktiv tərəfdaşlığımızın möhkəmlənməsi üçün birgə səylər göstərəcəyik.
Sizə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".
Oxşar xəbərlər
Daxmada yaşayan ata və beş azyaşlı övladına müavinət təyin edildi
Bir neçə gün əvvəl Gəncə şəhəri Azərbaycan bayrağı küçəsində yaşayan Urfan Qasımov Baku TV-yə müraciət edib. Vətəndaş müraciətində bildirib ki, anası tərəfindən...