İctimai etimadın zirvəsində: İlham Əliyevin liderliyinə yüksək dəstəyin səbəbləri - ŞƏRH

İctimai etimadın zirvəsində: İlham Əliyevin liderliyinə yüksək dəstəyin səbəbləri - ŞƏRH
Foto
Siyasət 8

Medianın İnkişafı Agentliyi (MEDİA) 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək məqsədilə ictimai rəy sorğusu keçirib. Və nəticələrə görə, Prezidentə etimad səviyyəsi ümumilikdə 87,7 faiz təşkil edir. Respondentlərin 93,6 faizi isə Prezidentin fəaliyyətini müsbət qiymətləndirib.

Sorğu İlham Əliyevin siyasi liderliyinə və strateji fəaliyyətinə ictimai dəstəyin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyib. Nəticələr Prezident İlham Əliyevin siyasi liderliyinə, həyata keçirdiyi dövlət siyasətinə və strateji fəaliyyətinə ictimai dəstəyin yüksək səviyyədə olduğunun göstəricisidir. Vən ən əsası MEDİA-nın keçirdiyi sorğunu yalnız rəqəmlər toplusu deyil, cəmiyyətin dövlət rəhbərliyinə münasibətinin ümumi mənzərəsini əks etdirən mühüm göstərici hesab etmək mümkündür. Son illər ərzində Azərbaycanın əldə etdiyi uğurlar, ərazi bütövlüyünün təmin olunması, mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edilməsi göz önündədir və bütün bunlar da ictimai rəydə müsbət təsir formalaşdırır. Yuxarıda əks olunan rəqəmlər də qeyd olunanların təsdiqidir.

İlham Əliyevin liderliyi ilə Azərbaycanın tarixi Zəfəri

Şübhəsiz ki, 44 günlük Vətən müharibəsində tarixi qələbə, Azərbaycanın ərazi bütövlüyünün və tam suverenliyinin bərpa edilməsi ictimai rəyə təsir edən ən mühüm faktorlardan biridir. Müharibənin gedişində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ön plana çıxdı. Müharibə dövründə dövlət başçısı hərbi əməliyyatların gedişi barədə ictimaiyyəti mütəmadi məlumatlandırdı, xalqa müraciətlər etdi və çoxsaylı beynəlxalq media orqanlarına müsahibələr verərək Azərbaycanın mövqeyini beynəlxalq auditoriyaya çatdırdı. Bu çıxışlarda ölkənin beynəlxalq hüquqa əsaslanan mövqeyi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Azərbaycanın ərazi bütövlüyü məsələləri əsas arqumentlər kimi təqdim olunurdu.

44 günlük müharibə yalnız hərbi əməliyyatlarla məhdudlaşmadı. İnformasiya məkanında da geniş mübarizə aparıldı. Prezident İlham Əliyev xarici televiziya kanallarına verdiyi müsahibələrdə Azərbaycanın mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışdı. Bu çıxışlar münaqişə ilə bağlı müxtəlif baxışların təqdim olunduğu beynəlxalq informasiya mühitində Azərbaycanın arqumentlərinin səsləndirilməsi baxımından mühüm rol oynadı.

İctimai etimadın zirvəsində: İlham Əliyevin liderliyinə yüksək dəstəyin səbəbləri - ŞƏRH

Qələbədən sonra ölkədə azad olunmuş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, infrastrukturun yenidən qurulması və iqtisadi inkişaf layihələrinin həyata keçirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Yeni yolların, hava limanlarının, yaşayış məntəqələrinin, məktəblərin və xəstəxanaların tikintisi, həmçinin "Böyük Qayıdış" proqramı bu siyasətin mühüm tərkib hissəsidir.

44 günlük Vətən müharibəsi Azərbaycanın siyasi, hərbi və diplomatik tarixində dönüş nöqtəsi hesab olunur. Müharibə ölkənin təhlükəsizlik mühitini və regiondakı geosiyasi vəziyyəti dəyişdirən mühüm hadisə kimi tarixə düşdü. Bu prosesdə Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun fəaliyyəti və cəmiyyətin müharibə dövründə nümayiş etdirdiyi həmrəylik ölkə tarixində mühüm yer tutur. Müharibənin nəticələri sonrakı dövrdə regionda yeni əməkdaşlıq və təhlükəsizlik gündəminin formalaşmasına da təsir göstərib.

Sülh razılaşma - siyasi və diplomatik uğur

Və 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsi bərpa olundu, 2023-cü ildə isə ölkənin suverenliyi bütün ərazisində tam təmin edildi. Bununla da regionda yeni siyasi reallıq formalaşdı və sülh gündəliyi ön plana çıxdı. Məhz bu yeni mərhələdə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət regionda davamlı sülhün təmin olunmasına yönəlmiş əsas amillərdən biri kimi qiymətləndirilir. Prezident İlham Əliyev uzun illər ərzində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ardıcıl siyasi xətt yürüdərək Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edib. Dövlət başçısı hər zaman bəyan edib ki, Azərbaycan regionda davamlı sülhün tərəfdarıdır və Ermənistanla münasibətlərin beynəlxalq hüququn prinsipləri əsasında normallaşdırılmasında maraqlıdır. Bu mövqe təkcə siyasi bəyanatlarla deyil, konkret diplomatik təşəbbüslərlə də müşayiət olunub.

İlham Əliyev Ermənistan arasında sülh razılaşmasının, birbaşa danışıqların təşəbbüskarıdır. Və bunu əksər dünya liderləri, siyasi dairələr, xarici media təsdiq edir. Bu faktı ABŞ Prezidenti Donald Tramp da dəfələrlə bəyan edib. Azərbaycan Prezidenti İlham Əliyev haqqında səsləndirdiyi müsbət fikirlərdə onu güclü və qətiyyətli lider kimi xarakterizə edib. Eyni zamanda Azərbaycanın regionda oynadığı mühüm rola verdiyi yüksək qiymət ölkəmizin beynəlxalq nüfuzunun daha bir göstəricisi hesab oluna bilər.

İctimai etimadın zirvəsində: İlham Əliyevin liderliyinə yüksək dəstəyin səbəbləri - ŞƏRH

Donald Tramp müxtəlif çıxışlarında və görüşlərində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mühüm uğurlar qazandığını vurğulayıb. O, İlham Əliyevi öz ölkəsinin milli maraqlarını qətiyyətlə müdafiə edən, mürəkkəb geosiyasi şəraitdə balanslı siyasət yürüdən lider kimi dəyərləndirib. Bu cür fikirlər təkcə iki ölkə arasındakı münasibətlərin deyil, həm də Azərbaycanın beynəlxalq arenadakı artan rolunun göstəricisidir. Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik xarici siyasət nəticəsində Azərbaycan dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmağa nail olub. Tramp İlham Əliyevin Azərbaycan ilə Ermənistan arasında sülh prosesində konstruktiv mövqeyini və davamlı sülhün təmin olunmasına yönəlmiş səylərini yüksək qiymətləndirərək, regionda sabitliyin yaradılmasının vacibliyini xüsusi vurğulayıb. ABŞ Prezidentinin İlham Əliyevi "güclü lider" adlandırması təsadüfi deyil. Son illər Azərbaycanın əldə etdiyi siyasi, iqtisadi və hərbi uğurlar, ölkənin beynəlxalq təşəbbüslərdə fəal iştirakı, enerji və nəqliyyat layihələrinin uğurla həyata keçirilməsi Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin beynəlxalq səviyyədə də qəbul olunduğunu göstərir. Donald Trampın Prezident İlham Əliyev haqqında səsləndirdiyi yüksək qiymətləndirmələr təkcə diplomatik nəzakət nümunəsi deyil. Bu fikirlər Azərbaycanın beynəlxalq nüfuzunun, Prezident İlham Əliyevin qlobal siyasi arenadakı mövqeyinin və ölkəmizin regional sabitlik, təhlükəsizlik və əməkdaşlığa verdiyi töhfələrin beynəlxalq səviyyədə etiraf olunduğunu nümayiş etdirən mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər. Bütün qeyd olunanlar da ictimai rəyə təsirsiz ötüşməyə bilməzdi.

Tək ABŞ Prezidenti deyil, əksər dünya liderləri, o cümlədən beynəlxalq təşkilatların rəbərləri də bu faktı xüsusi vurğulayır. Məsələn, bu günlərdə Bakıda səfərdə olan Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin açıqlamasında diqqət çəkən digər məqam Azərbaycanı regionun lideri və sülh gündəliyinin əsas memarı olduğunu etiraf etməsidir. Bu həm də Prezident İlham Əliyevin uzaqgörən siyasətinə verilən beynəlxalq bir qiymət də sayılmalıdır. Avropanın yüksək rütbəli rəsmisi tərəfindən belə bir fikrin səsləndirilməsi Brüssel tərəfindən Bakının Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin formalaşdırılmasında oynadığı aparıcı və əsas rolun qəbul edildiyinin göstəricisidir. Həm də rəsmi Bakının Cənubi Qafqazdakı sülh gündəliyinə daha geniş aspektdən yanaşmaq lazımdır. Məsələn, Azərbaycanın yürütdüyü siyasət və atdığı addımlar həm də Ermənistanda daxili siyasi mühitin formalaşmasında, seçkilərdə də həlledici rol oynayıb. Nümunə olaraq, Ermənistanda 7 iyun tarixində keçirilən parlament seçkilərini göstərmək olar. Seçki nəticələri sübut etdi ki, erməni cəmiyyəti revanşizmə və radikal ideyalara yox, sülhə səs verdi. Bunun arxasında isə məhz Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən və regional sabitliyi hədəfləyən siyasət var.

İctimai etimadın zirvəsində: İlham Əliyevin liderliyinə yüksək dəstəyin səbəbləri - ŞƏRH
Yeri gəlmişkən, MEDİA-nın sorğusunda Prezidentin ümummilli maraqlar çərçivəsində birləşdirici fiqur kimi qəbul edilməsi də xüsusilə vurğulanır. Bu da təsadüf deyil. İlham Əliyev müasir siyasətçi üçün nadir olan keyfiyyətlər kombinasiyasına malikdir: strateji düşüncə, uzunmüddətli planlaşdırma qabiliyyəti və eyni zamanda mürəkkəb qərarların qəbulunda qətiyyət. O, populizmə can atmır və ani əhval-ruhiyyələrə uyğunlaşmır. Onun ölkə daxilində və beynəlxalq arenada nüfuzu proqnozlaşdırıla bilənliyə və ardıcıllığa əsaslanır. Bir çox siyasi sistemlərin nüfuzlu liderlik çatışmazlığından əziyyət çəkdiyi şəraitdə Azərbaycan cəmiyyəti öz Prezidentində təkcə cari prosesləri idarə edən deyil, həm də ölkənin inkişaf trayektoriyasına görə tarixi məsuliyyət daşıyan bir insan görür.

Nəticə etibarilə, MEDİA tərəfindən keçirilən ictimai rəy sorğusu Prezident İlham Əliyevin fəaliyyətinə cəmiyyətdə yüksək dəstəyin mövcud olduğunu göstərən mühüm göstəricilərdən biri kimi qiymətləndirilə bilər. Sorğunun nəticələri ölkədə həyata keçirilən daxili və xarici siyasətin, sosial-iqtisadi inkişaf strategiyasının və dövlət idarəçiliyinin əhəmiyyətli hissəsinin respondentlər tərəfindən müsbət qarşılandığını göstərir. Eyni zamanda, bu cür tədqiqatlar cəmiyyətin mövqeyinin öyrənilməsi, dövlət siyasətinin effektivliyinin qiymətləndirilməsi və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Report İnformasiya Agentliyi

Son xəbərlər