Hikmət Hacıyev Gəncə terroru ilə bağlı paylaşım edib
Gəncəyə atılan "Skad" İkinci Dünya Müharibəsindən sonra Avropada ballistik raketlərin ilk istifadəsi idi.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev İkinci Qarabağ müharibəsi ərzində Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasının dördüncü ildönümü ilə bağlı "X"də paylaşımında qeyd edib.
PA rəsmisi bildirib ki, 4 oktyabr 2020-ci il tarixində Azərbaycanın Gəncə şəhəri və onun mülki əhalisi Ermənistan tərəfindən atılan "Skad" ballistik raketləri ilə vuruldu:
"Bu, İkinci Dünya Müharibəsindən sonra Avropada ballistik raketlərin ilk istifadəsi idi. Məqsəd geniş miqyasda mülki tələfata səbəb olmaq və dəhşət yaratmaq idi".
Oxşar xəbərlər
Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları "Heydər Əliyev-2026" birgə təlimində yüksək peşəkarlıq nümayiş etdiriblər
Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçirilən "Heydər Əliyev-2026" birgə təlimin...