Hakan Fidanla Marko Rubio Bakı ilə İrəvan arasındakı sülhü müzakirə ediblər

ABŞ-də səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla bu ölkənin Dövlət katibi Marko Rubio arasında görüş keçirilib.
Bu barədə BAKU.WS "Haber Global"a istinadən xəbər verir.
Telekanalın əldə etdiyi məlumata görə, nazirlər Suriya administrasiyası ilə əlaqənin vacibliyini vurğulayıb, bu ölkədə sabitliyin təmin edilməsi və terrorla mübarizədə qətiyyəti ifadə ediblər.
Digər tərəfdən Qəzzada daimi atəşkəsin yaradılmasının vacibliyi və bu məsələnin regional sülh üçün zəruri olduğu vurğulanıb.
Rusiya ilə Ukrayna arasında atəşkəsə nail olmaq səyləri ilə yanaşı, Azərbaycanla Ermənistan arasında sülh prosesi də müzakirə olunub.
Vurğulanıb ki, Ankara Vaşinqtonun Ukrayna münaqişəsi ilə bağlı səylərini dəstəkləyir. Həmçinin, Bosniya və Herseqovinanın sabitliyinin Balkanlar üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: Gecəyarı bacımla atamın qəbri üstündən torpaq götürdük
"Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat hekayəsi" verilişinin növbəti buraxılışı hazırla...
