"Haber Global" İlham Əliyevin Qırğızıstan səfərinə dair reportaj təqdim edib
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana dövlət səfəri çərçivəsində bu ölkənin ən yüksək dövlət mükafatı ilə təltif olunub.
BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" telekanalının Azərbaycan Prezidentinin Qırğızıstan səfərinə dair videomaterialında deyilir.
Materialda İlham Əliyevin Qırğızıstandakı rəsmi görüşlərindən danışılır. Qeyd olunur ki, Qırğızıstan Prezidenti Sadır Japarov azərbaycanlı həmkarına I dərəcəli "Manas" ordenini təqdim edib.
Qırğızıstan tərəfinin bildirdiyinə görə, orden İlham Əliyevə Azərbaycanla Qırğızıstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə, eləcə də ikitərəfli əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə təqdim olunub.
Oxşar xəbərlər
"Qərbi Azərbaycanın yaddaş yerləri": Yalnız soydaşlarımızın yaşadığı Bəriabad kəndi necə erməniləşdirilib?
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda azərbaycanlıların 1980-ci illərin sonlarınadək yaşadıqları Bəriabad (indiki Barepa...