"Haber Global": İlham Əliyev Tbilisidə vacib mesajlar verdi - Cənubi Qafqaz sülh və əməkdaşlıq mərkəzinə çevrilir - VİDEO
Türkiyənin "Haber Global" telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Gürcüstana səfəri barədə süjet hazırlayıb.
BAKU.WS xəbər verir ki, süjetdə Azərbaycan liderinin Gürcüstan Prezidenti Mixail Kavelaşvili ilə təkbətək görüş keçirdiyi qeyd olunub. Görüşdə Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlər müzakirə olunub, birgə nəqliyyat və enerji layihələrinin əhəmiyyəti vurğulanıb.
Nəzərə çatdırılıb ki, Azərbaycan Prezidenti, həmçinin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə də görüşüb. Həm təkbətək, həm də nümayəndə heyətləri səviyyəsində görüşlər keçirilib, ardınca birgə mətbuat konfransı keçirilib.
Telekanalın reportajında qeyd olunub ki, İlham Əliyev iki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyini vurğulayıb:
"Gürcüstan və Azərbaycan həmişə bir yerdədirlər. Orta Dəhliz hər iki ölkədən keçir və əsas nəqliyyat yolumuzdur. Münasibətlərimiz digər qonşu ölkələr üçün nümunə ola bilər".
İlham Əliyev, həmçinin Azərbaycanın Qarabağdakı qələbəsindən sonra Cənubi Qafqazda yaranan yeni geosiyasi vəziyyətə diqqət çəkərək, regionun sülh və əməkdaşlıq mərkəzinə çevirildiyini bildirib.
Gürcüstanın baş naziri, həmçinin İlham Əliyevi ölkəsinin dəyərli dostu kimi xarakterizə edib və Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduqlarını bildirib.
Oxşar xəbərlər
Maka Boçorişvili: Gürcüstan Azərbaycanla tərəfdaşlığın daha da gücləndirilməsinə ümid edir
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanla strateji tərəfdaşlığının daha da gücləndirilməsinə ümid etdiyini bəyan edib. BAKU.WS xəbər verir k...