Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Siyasət 672

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

BAKU.WS President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Gürcüstan hökuməti adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İcazə verin, bu əlamətdar gündə Sizə öz dərin ehtiramımı ifadə edim. Qeyd etmək istərdim ki, Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası əhəmiyyəti uğurlara nail olmuşdur.

Gürcüstanı və Azərbaycan Respublikasını tarixi dostluq və sarsılmaz strateji tərəfdaşlıq bir-birinə bağlayır və bu da regionda sabitliyin və rifahın təmin olunmasına öz töhfəsini verir. Mən qətiyyətlə inanıram ki, birgə səylərimiz nəticəsində ölkələrimiz arasında mövcud olan əlaqələr daha da dərinləşəcək və möhkəmlənəcəkdir.

Möhtərəm cənab Prezident, fürsətdən istifadə edərək, Sizə bir daha öz dərin ehtiramımı izhar edir, möhkəm cansağlığı, rifah və məsuliyyətli fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".

***19:08

Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

BAKU.WS President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.

İcazə verin, Sizi doğum gününüz münasibətilə şəxsən öz adımdan və Türk Dövlətləri Təşkilatının Katibliyinin heyəti adından səmimi-qəlbdən təbrik edim.

Bu il oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının Azərbaycanın tarixi və gözəl şəhəri olan Qəbələdə keçirilən 12-ci Zirvə görüşü çərçivəsində görüşümüzü məmnuniyyətlə xatırlayıram. İnanıram ki, Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə təşkilatımız daha da güclənəcək və inkişaf edəcəkdir.

Təşkilatımız çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinə verdiyiniz töhfələrə görə Sizə dərin təşəkkürümü bildirirəm.

Sizi doğum gününüz münasibətilə bir daha təbrik edir, Zati-alinizə cansağlığı və Azərbaycan Respublikasının inkişafı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram".

***16:43

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

BAKU.WS xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə öz adımdan və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı - ICESCO adından səmimi təbriklərimizi çatdırmaqdan və ən yüksək ehtiramımızı ifadə etməkdən şərəf duyuram.

Bu əlamətdar gün Sizin müdrik liderliyinizi və Azərbaycan Respublikasının tərəqqisinə, sabitliyinə, beynəlxalq mövqeyinin möhkəmlənməsinə sarsılmaz sadiqliyinizi qeyd etmək üçün yaxşı fürsət yaradır. Zati-alinizin rəhbərliyi ilə Azərbaycan mədəniyyətlərarası dialoqa, sülhə, əməkdaşlığa və davamlı inkişafa böyük töhfələr verməklə İslam dünyasında və onun hüdudlarından kənarda fəal rol oynamaqda davam etmişdir.

ICESCO Azərbaycan Respublikası ilə xüsusilə təhsil, süni intellekt, mədəniyyət və irs sahələrində sıx və məhsuldar əməkdaşlığa böyük əhəmiyyət verir. Ortaq məqsədlərimizə və dəyərlərimizə nail olmaq üçün bu tərəfdaşlığı daha da möhkəmləndirməyə sadiq qalırıq.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə və hörmətli ailənizə möhkəm cansağlığı, davamlı uğurlar və rifah arzulayıram. Həmçinin Sizin rəhbərliyinizlə dost Azərbaycan xalqına bundan sonra da tərəqqi və firavanlıq diləyirəm.

Zati-aliləri, icazə verin, Sizə ən yüksək hörmət və ehtiramımı bildirim".

*** 15:41

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

BAKU.WS President.az-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

"Doğum gününüz münasibətilə səmimi təbriklərimi, möhkəm cansağlığı və Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzularımı qəbul etməyinizi xahiş edirəm.

Siz doğma Vətəninizə yorulmadan və sədaqətlə xidmət göstərir, onun sistemli sosial-iqtisadi və ictimai-siyasi inkişafını, sabitliyini təmin edir, ardıcıl olaraq mühüm strateji təşəbbüslər həyata keçirirsiniz.

Qoy bütün planlarınız bundan sonra da həmvətənlərinizin yekdil dəstəyi ilə səmərəli şəkildə reallaşsın, Azərbaycan Respublikasında və beynəlxalq aləmdə sahib olduğunuz yüksək nüfuz əhəmiyyətli məqsədlərinizə çatmağınıza kömək olsun!

Çoxşaxəli Rusiya-Azərbaycan tərəfdaşlığı və qlobal sülh naminə Tatarıstan və Azərbaycan xalqları arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə ümidvar olduğumu bildirirəm.

Sizə və yaxınlarınıza xoşbəxtlik diləyir və ən xoş arzularımı çatdırıram".

*** 14:03

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

BAKU.WS xəbər verir ki, mətndə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu sevincli günlə əlaqədar ən xoş arzularımı qəbul edin.

Sizə bu əlamətdar gündə, ilk növbədə, möhkəm cansağlığı, xoşbəxtlik və qardaş Azərbaycan xalqının bundan sonra da tərəqqisi və ölkənizin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Sevindirici haldır ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə davamlı və hərtərəfli inkişaf yolu ilə inamla irəliləyir.

Dövlət başçısı vəzifəsində nailiyyətləriniz ölkə daxilində və onun hüdudlarından kənarda Sizə böyük nüfuz və hörmət qazandırıb.

Fürsətdən istifadə edərək Tacikistan ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif aspektlərinin daha da möhkəmləndirilməsinə göstərdiyiniz daimi diqqətli münasibətinizi xüsusi olaraq qeyd etmək istərdim.

Əminəm ki, aramızda yaranan etibarlı siyasi dialoqa və sıx dostluğa əsaslanaraq, ölkələrimizin strateji tərəfdaşlıq çərçivəsində qarşılıqlı münasibətlərinin bundan sonra da birgə təşviqini davam etdirəcəyik".

Son xəbərlər