Əli Hüseynli: "Minsk qrupunun ləğvi artıq vasitəçiyə ehtiyac olmadığını göstərir"
"Sülh müqaviləsinin rəsmən imzalanmamasının əsas səbəbi Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarıdır. Bu məsələ aradan qaldırıldıqdan sonra sülh sazişi rəsmən imzalanacaq".
Bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda xüsusi iclasda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Əli Hüseynli bildirib ki, Vaşinqton razılaşmasından sonra Azərbaycan və Ermənistan rəhbərlərinin görüşləri və davranışları sülh gündəliyindən xəbər verir və Minsk qrupunun ləğvi artıq vasitəçiyə ehtiyac olmadığını göstərir.
Ətraflı Baku Tv-nin süjetində:
Oxşar xəbərlər
Vuçiç "ABŞ yaxın 48 saat ərzində İrana zərbə endirəcək"
ABŞ yaxın 48 saat ərzində İrana zərbə endirəcək. BAKU.WS xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç "Pink TV" telekanalına verdiyi açıqlamada bildirib...