Əli Əsədov Laosun baş prokuroru ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov Laos Xalq Demokratik Respublikası Ali Xalq Prokurorluğunun baş prokuroru Saysana Kotputanla görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə bu il Azərbaycanla Laos arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğu bildirilib.
İki ölkə arasında yaxşı əlaqələrin olduğu vurğulanıb, iqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli perspektivlərin mövcudluğu qeyd edilib.
S.Kotputanın səfəri çərçivəsində müvafiq Anlaşma Memorandumunun imzalanmasının iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.
Görüşdə Azərbaycanın baş prokuroru Kamran Əliyev də iştirak edib.
Oxşar xəbərlər
Ərdoğan: Azərbaycan və Gürcüstan təyyarə qəzası baş verən andan bütün imkanlarını səfərbər etdi
Azərbaycan və Gürcüstan təyyarə qəzası baş verən andan bütün imkanlarını səfərbər etdi. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcə...