Dövlət başçısı: "Ötən il Çin və Azərbaycan arasında tranzit daşımalarında 86 % artım olub"

Dövlət başçısı: Ötən il Çin və Azərbaycan arasında tranzit daşımalarında 86 % artım olub
Siyasət 59

2024-cü ildə Çin və Azərbaycan arasında tranzit daşımalarında 86 % artım olub.

BAKU.WS xəbər verir ki, bunu Prezident İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bildirib.

"Biz qonşularımızla birlikdə yüklərin keçidini xeyli asanlaşdırmaq və sürətləndirmək üçün birgə müəssisə yaratmışıq. Məsələn, bu gün nəqliyyat infrastrukturu və həmçinin gömrüyümüzdə idarəetmədə islahatlar, o cümlədən rəqəmsallaşma ilə əlaqədar Çindən Azərbaycan vasitəsilə Qara dənizə yüklərin daşınma müddəti cəmi 10-12 gündür. Bu, yalnız başlanğıcdır. Düşünürəm ki, Azərbaycan vasitəsilə nəqliyyat marşrutları həqiqətən də bu gün mövcud olan digər marşrutlar arasında ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq", - deyə o qeyd edib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan Asiya və Avropa, habelə Şimal və Cənub arasında yerləşir və hər iki nəqliyyat dəhlizi Azərbaycan ərazisindən keçir: "Ancaq həqiqətən tranzit ölkəyə çevrilmək üçün qonşu ölkələr və onların qonşuları ilə yaxşı münasibətlərə malik olmaq lazımdır. Məqsədimiz məhz budur və zənnimcə, biz buna nail olmuşuq".

Son xəbərlər