Deputatdan Bakı-Daşkənd münasibətləri ilə bağlı AÇIQLAMA: "Tarixi əhəmiyyət daşıyır"
"Azərbaycan ilə Özbəkistan arasında formalaşmış müttəfiqlik münasibətləri son illərdə dinamik şəkildə inkişaf edir və əməkdaşlığın məzmunu getdikcə daha da zənginləşir".
BAKU.WS xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə Prezident İlham ƏliyevinÖzbəkistan səfərini şərh edərkən deyib.
O bildirib ki, Prezident İlham Əliyevin 23-24 avqust tarixlərində Özbəkistana dövlət səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır:
"Səfər çərçivəsində Prezident İlham Əliyevlə Prezident Şavkat Mirziyoyev arasında ikitərəfli görüşün keçirilməsi və Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının baş tutması münasibətlərimizin strateji xarakterini bir daha nümayiş etdirir. 2023-cü ildə yaradılan bu Şura artıq iki ölkə arasında strateji tərəfdaşlığın və müttəfiqliyin dərinləşdirilməsində mühüm institusional mexanizmə çevrilib. Səfərin mühüm məqamlarından biri də müxtəlif sahələri əhatə edən yeni sənədlərin imzalanması və dövlət başçıları tərəfindən "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə"nin imzalanmasının gözlənilməsidir. Bu sənəd iki ölkə arasında mövcud yüksək səviyyəli münasibətlərin hüquqi və siyasi baxımdan daha da möhkəmləndirilməsi baxımından mühüm addım ola bilər. Azərbaycan və Özbəkistan arasında indiyədək 220-yə yaxın sənədin imzalanması da əlaqələrimizin kifayət qədər geniş və möhkəm müqavilə-hüquq bazasına malik olduğunu göstərir".
Deputat əlavə edib ki, Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı yalnız ikitərəfli əlaqələr baxımından deyil, bütövlükdə Türk dünyasının güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır:
"İki ölkənin siyasi iradəsi və qarşılıqlı etimadı iqtisadiyyat, nəqliyyat, enerji, investisiya və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün ciddi imkanlar yaradır. Prezident İlham Əliyevin bu səfəri də Azərbaycan-Özbəkistan müttəfiqliyinin yeni mərhələyə keçidi və gələcək əməkdaşlığın daha möhkəm əsaslar üzərində qurulması baxımından tarixi əhəmiyyət daşıyır".
Oxşar xəbərlər
Mirziyoyev İlham Əliyevin Özbəkistana dövlət səfərinin tarixi əhəmiyyət kəsb etdiyini bildirib
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri tarixi əhəmiyyət kəsb edir. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Özbəkistan Prezidenti...