Deputat Vüqar İskəndərov: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarix yazdıq

Deputat Vüqar İskəndərov: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarix yazdıq
Siyasət 51

"1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm ideyasını reallaşdırmaq cəhdləri, Azərbaycanın o zamankı rəhbərliyinin yarıtmaz siyasəti, vəzifə kürsüsü uğrunda intriqalar bir milyondan çox azərbaycanlının 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməsinə səbəb oldu. Ancaq Ulu Öndərin hakimiyyətə gəlişi və onun siyasi kursunu davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin düzgün siyasəti nəticəsində biz yenidən öz doğma torpaqlarımıza qovuşduq. Ordumuz həmvətənlərinin qisasını aldı. Ali Baş Komandanın rəhbərliyi ilə biz şəhidlərimizin, soyqırım qurbanlarının qanını yerdə qoymadıq".

Bunu BAKU.WS-ə açıqlamasında deputat Vüqar İskəndərov deyib.

"Ulu Öndər Heydər Əliyev hakimiyyətin ilk illərindən ordu quruculuğuna xüsusi önəm verməsi Azərbaycanda peşəkar kadrların yetişdirilməsində böyük rol oynadı. Ümumiyyətlə istər Ulu Öndərin hakimiyyyəti illərində istərsə də Cənab prezident İlham Əliyev rəhbərliyi dövründə ordu quruculuğu dövlət siyasətinin prioritet istiqaməti olub. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaradırdı. Büdcədə hərbi xərclərin artması Silahlı Qüvvələrimizi daha da gücləndirirdi. Ordunun döyüş qabiliyyəti möhkəmləndirilir, yüksəldilir, müasir silah-sursat, texnika ilə təchiz edilirdi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alınırdı. Düzgün atılmış addımların nəticəsi idi ki, artıq ordumuz dünyanın ən güclü 50 ordusu siyahısında yer almışdı. Bu baxımdan 44 günlük Vətən müharibəsi bizim gözümüzü qorxutmadı. Çünki xalq bilirdi ki, ordumuzun başında Müzəffər Ali Baş Komandan var. Ordumuz cəsur, igid, Azərbaycan oğullarından ibarətdir. Heç təsadüfi deyil ki, müharibə dövründə 1 nəfər belə fərari olmamışdır. Həmçinin 1 gün belə ordumuz geri çəkilməmişdi. Bütün bunlar bizim qətiyyətimizi və iradəmizi göstərir".

Deputat qeyd edib ki, İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. "Azərbaycanda yaşayan bütün xalqlar böyük bir ailənin üzvləridir. Yaxşı günlərdə, ağır günlərdə bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir. Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər. Dəmir yumruq ətrafında birləşməklə biz zəfərimizi təmin etdik. Artıq 5-ci ili qeyd edirik. Artıq Azərbaycan sıradan bir ölkə yox, dünyada, regionda söz sahibi ölkə statusu alıb. Bütün bunlar isə əlbəttə Cənab Prezidentin yürütdüyü məqsədyönlü siyasətin nəticəsidir".

Son xəbərlər