Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib
İyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çolpon-Ata şəhərindəki Konqres Mərkəzinə gedib.
Qırğızıstan Prezidenti Sadır Japarov dövlətimizin başçısını və görüşdə iştirak edən digər prezidentləri qarşılayıb.
Azərbaycanın, Qırğızıstanın, Özbəkistanın, Qazaxıstanın, Tacikistanın və Türkmənistanın dövlət başçıları birgə foto çəkdiriblər.
Dövlətimizin başçısı görüşdə çıxış edib.
Sonra digər prezidentlər çıxış ediblər.
Görüşün sonunda Çolpon-Ata Bəyannaməsi imzalanıb.
***12:09
Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir.
BAKU.WS xəbər verir ki, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çolpon-Ata şəhərindəki Konqres Mərkəzinə gəldi.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Qalereya
Oxşar xəbərlər
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
İsveçrənin federal xarici işlər naziri İqnasio Kasis avqustun 4–5-də Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri qismində Azər...