Cahit Bağçı Elçin Əmirbəyovla görüş keçirib
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüş keçirib.
Bu barədə diplomat özünün "X" hesabında bildirib.
"Elçin bəylə görüşlərimiz həmişə xoş, əhatəli, faydalı və məhsuldar olub. Təşəkkür edirəm və işlərində uğurlar və müvəffəqiyyətlər arzulayıram", - deyə o vurğulayıb.
Xatırladaq ki, Cahit Bağçının Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfir kimi vəzifə səlahiyyətləri artıq başa çatır. Onun yerinə əvvəllər Türkiyə Maarif Vəqfinin sədri olan Birol Akgün təyin olunub. Diplomatın fevraldan vəzifəsinin icrasına başlayacağı gözlənilir.
Qalereya
Oxşar xəbərlər
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbayc...