Bu gündən "NomadMania" səyyah klubunun Qarabağa səfəri başlayır

Bu gün dünyanın 30 ölkəsinin - ABŞ, Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Syerra-Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyanın səyyah elitasında yer alan nüfuzlu beynəlxalq səyahətçilərin Qarabağa səfəri başlayır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, qrupun rəhbəri dünyaşöhrətli səyyah, "NomadMania" klubunun təsisçisi Hari Mitsidisdir.
Heyət üç gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcək. Bu səfər azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.

Qeyd edək ki, Vətən müharibəsindən ötən beş il ərzində dünyanın əsas beynəlxalq səyyah şəbəkələrinin - ETIC, MTP, TCC, "NomadMania" və əksəriyyəti bu klubların üzvləri olan Türkiyə Gəzginlər Klubu, "Club-100" (İsveç), "Piki Reels" (Böyük Britaniya), "Vagaclub" (Norveç) klublarının geniş tərkibdə heyətlərinin 12 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir.
Oxşar xəbərlər
Fransa Azərbaycana yeni səfir təyin edib
Fransa Azərbaycana yeni səfir təyin edib. Bu barədə Fransa Səfirliyi sosial mediada paylaşım edib. Məlumata görə, Sofi Laqut Fransanın Azərbaycandakı yeni səfir...
