BMT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik edib

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
BAKU.WS xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə təbriklərimi çatdırıram.
Milli bayramlar, eyni zamanda, ortaq qlobal çağırışlar üzərində düşünmək üçün fürsət yaradır.
Hazırda beynəlxalq ictimaiyyət iqlim böhranından tutmuş münaqişələrə, artan bərabərsizliklərə qədər bir çox çətinliklərlə üzləşir ki, bunlar da çoxtərəfli həll yolları tələb edir.
Gələcək üçün Paktın mahiyyəti də məhz budur. Keçən il Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş bu tarixi sənədin mərkəzində çoxtərəfliliyi möhkəmləndirmək və davamlı sülhü, dayanıqlı inkişafı, hamı üçün insan hüquqlarının təmin olunmasını təşviq etmək tələbi dayanır.
Bu əlamətdar gün münasibətilə Azərbaycan Respublikasının xalqına bir daha ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Oxşar xəbərlər
Azərbaycan səfiri Vaşinqton merinə 28 May Müstəqillik Günü Bəyannaməsi ilə bağlı təşəkkür edib - BƏYANNAMƏ
Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim Vaşinqton şəhərinin meri Myuriel Bauzerə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümü ilə bağlı 28 Ma...
