Beş milyard dollarlıq müdafiə büdcəsi: Ordumuzun real döyüş gücü nə qədərdir?
"Hərbi xronika" rubrikasının budəfəki buraxılışında müasir Azərbaycan Ordusunun quruculuğunda və döyüş hazırlığının yüksəldilməsində müstəsna əhəmiyyət kəsb edən tədbirlərdən bəhs edilib.
Bildirilir ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə atılan məqsədyönlü addımlar və Prezident İlham Əliyevin ardıcıl fəaliyyətləri nəticəsində Azərbaycan Ordusu bugünkü gücünə çatıb.
Qeyd olunub ki, 2025-ci il büdcəsində ordu üçün ayrılan 5.1 milyard dolların ölkə iqtisadiyyatına təsiri böyükdür və bu məbləğ dövlət büdcəsinin 20.3 faizini təşkil edir. Ordunun döyüş hazırlığına dair həyata keçirilən tədbirlər, yeni silah və texnologiyaların alınması, döyüş təlimlərinin keçirilməsi, eləcə də beynəlxalq əməkdaşlıqların gücləndirilməsi Azərbaycanın müdafiə qabiliyyətini artırır.
2020-ci ildən etibarən həyata keçirilən struktur islahatları, NATO standartlarına uyğun döyüş birliklərinin yaradılması və ən müasir silahlarla təminat nəticəsində Azərbaycan Ordusunun əməliyyat diapazonu genişlənib. Bu, xüsusilə 2023-cü ildəki uğurlu hərbi əməliyyatlarda özünü göstərib.
Döyüş hazırlığının artırılmasında beynəlxalq hərbi təlimlərin böyük rolu olduğu vurğulanıb. Özbəkistan, Qazaxıstan, Türkiyə və digər ölkələrlə müştərək təlimlər ordunun təcrübəsini genişləndirib. Hərbçilərin sosial müdafiəsi və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də müvafiq tədbirlər görülür.
Müasir ordu quruculuğu və güclü dövlət strategiyasının əsasını təşkil edən bu tədbirlər Azərbaycan Ordusunun hər zaman yüksək hazırlıq səviyyəsində qalmasına və ölkənin müdafiəsini təmin etməsinə imkan verir.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Murad Quliyevin barəsində olan cinayət işi məhkəməyə göndərildi
Murad Quliyevin barəsində Baş Prokurorluğun İstintaq İdarəsində başlanılmış cinayət işi üzrə qiyabi istintaq başa çatıb. BAKU.WS "Teleqraf"a istinadən xəbər ver...