Belarusun Baş naziri Aleksandr Turçin Azərbaycana rəsmi səfərə gəlib

Belarusun Baş naziri Aleksandr Turçin Azərbaycana rəsmi səfərə gəlib
Foto
Siyasət 101

Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 5-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

BAKU.WS AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Belarusun Baş naziri Aleksandr Turçini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

*** 09:20

Belarusun Baş naziri Aleksandr Turçin Azərbaycana rəsmi səfərə yollanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə BELTA məlumat yayıb. 

Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün, həmçinin Baş nazir Əli Əsədovla təkbətək və geniş tərkibdə danışıqların keçirilməsinin planlaşdırıldığı gözlənilir.

Belarusun Baş naziri həmçinin Belarus-Azərbaycan biznes forumunda iştirak edəcək. Burada bir sıra müqavilələrin imzalanması planlaşdırılır.

O, həmçinin Bakıda bir sıra obyektləri, o cümlədən "Belaruski" ticarət şəbəkəsinin Belarus ərzaq malları mağazasını, "Vertus Engineering Co." MMC-də birgə lift yığımı müəssisəsində və Fövqəladə Hallar Nazirliyinin bölməsində olacaq.

Bundan əlavə, Belarus Baş naziri Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarı üzərinə, eləcə də 8 Noyabr Zəfər abidəsi önünə də əklillər düzəcək.

Baş nazir Ə.Əsədovla birlikdə Füzuli şəhərində dağıdılmış və bərpa olunan obyektlərə baxış, həmçinin Ağdam Sənaye Parkına səfər planlaşdırılır. Burada Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə MAZ-5907C2-012 kommunal maşını hədiyyə ediləcək. Belarus və Azərbaycan hökumət başçıları həmçinin Qızıl Kəngərli kəndi ərazisində gələcək aqroşəhərciyin ərazisinə baxış keçirməyi planlaşdırırlar.

Son xəbərlər