BƏƏ Prezidenti İlham Əliyevi "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməsi münasibətilə təbrik edib
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevi "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməsi münasibətilə təbrik edib.
BAKU.WS xəbər verir ki, BƏƏ Prezidentinin təbriklərini ölkənin XİN rəhbəri Səid bin Mübarək Əl-Haciri Prezident İlham Əliyevlə görüşündə çatdırıb.
Təbriklərə görə təşəkkür edən Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edən "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsini xatırladı və buna görə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə bir daha minnətdarlığını çatdırmağı qonaqdan xahiş etdi.
Oxşar xəbərlər
"Qərbi Azərbaycanın yaddaş yerləri": Yalnız soydaşlarımızın yaşadığı Bəriabad kəndi necə erməniləşdirilib?
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda azərbaycanlıların 1980-ci illərin sonlarınadək yaşadıqları Bəriabad (indiki Barepa...