Baş nazir Əli Əsədov UNICEF-in icraçı direktoru ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 11-də Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Katrin Rassel ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə göstərilən böyük etimadın bariz nümunəsi kimi qiymətləndirilib.
Azərbaycan ilə UNICEF arasında birgə həyata keçirilən layihələr nəzərdən keçirilib, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Oxşar xəbərlər
Ermənistanın xilas ola bilmədiyi xəstəlik: Riyakarlıq və mənfur xislət
Əgər Ermənistan hakimiyyəti həqiqətən sülh istəyirsə, bunu yalnız beynəlxalq tribunalarda deyil, öz dövlət mediasında, öz siyasi ritorikasında və dövlət institu...