Azyaşlını xilas etdi, ölkəsində qəhrəmana çevrildi - VİDEO

Azyaşlını xilas etdi, ölkəsində qəhrəmana çevrildi - VİDEO
Video
Siyasət 753

Braziliyada azyaşlılardan biri sahibinin əlindən qaçan pitbulun hücumuna məruz qalıb. Azyaşlıya yoldan keçən qadın kömək etmək istəsə də, buna nail olmayıb.

BAKU.WS xəbər verir ki, Rio de Janeiro şəhərinin şimalında yerləşən Parque Anchieta bölgəsində 4 yaşlı Joao Pedro adlı uşağı itin caynağından 20 yaşlı Patrik do Seu xilas edib.

Yeniyetmə əvvəlcə sahibsiz iti zərərsizləşdirmək istəsə də, bunun mümkünsüz olmasını başa düşüb.

Ardınca avtomobilin üzərinə çıxan gənc orada azyaşlı ilə itin getməsini gözləyib.

Görüntülərin yayımlanmasından sonra Patrik do Seu qəhrəman elan olunub.

Son xəbərlər