Azərbaycan Prezidentinin iqlim üzrə nümayəndəsi AIF2025-də iştirak edəcək
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev 29-30 may tarixlərində "Ağılları birləşdirərək gələcəyin formalaşdırılması" mövzusunda Astana Beynəlxalq Forumunda (Astana International Forum, AIF2025) iştirak edəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Astana şəhərindəki səfirliyindən bildirilib.
AIF2025-də dünya liderləri, ekspertlər və biznes nümayəndələri bir araya gələcəklər, xüsusilə Ruanda Prezidenti Pol Kaqame, Şimali Makedoniya Prezidenti Qordana Silyanovskaya-Davkova, Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin iştirakı gözlənilir.
Tədbirin Təşkilat Komitəsinin məlumatına görə, forumda əsas diqqət dörd tematik sahəyə yönəldiləcək: "Xarici siyasət və təhlükəsizlik", "Beynəlxalq inkişaf və dayanıqlılıq", "Energetika və iqlim", "İqtisadiyyat və maliyyə".
Oxşar xəbərlər
Ceyhun Bayramovla türkmənistanlı həmkarı İranın Naxçıvana dron hücumlarını müzakirə edib
Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. BAKU.WS xəbər ve...