Azərbaycan Prezidenti şimali makedoniyalı həmkarına başsağlığı verib

17
mar
2025
15:26
Azərbaycan Prezidenti İlham Əliyev şimali makedoniyalı həmkarı Qordana Silyanovska-Davkovaya başsağlığı məktubu göndərib.
BAKU.WS-in məlumatına görə, başsağlığında deyilir:
"Hörmətli xanım Prezident,
Koçani şəhərində baş vermiş faciəli hadisə nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Şimali Makedoniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".
Oxşar xəbərlər
İki ölkədə eyni ssenarinin ifşası: Çevriliş planının arxasında nələr dayanır?
"Cənubi Qafqazda sülhü pozmaq istəyən mərkəzlərin Ermənistanda kilsənin, Azərbaycanda isə üç mühüm maddə ilə ittiham olunan akademik Ramiz Mehdiyevin əli ilə çe...
