Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayır

Qoşunların 2020-ci tədris ilinin hazırlıq planına uyğun olaraq martın 2-də Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayır.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat daxil olub.
Məlumata görə, Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçiriləcək təlimlər informasiya texnologiyalarının geniş tətbiqi, həmçinin heyətlərin, vaxt göstəriciləri və qəbul edilən qərarların icrası planlarının yoxlanılmasının müvafiq idarəetmə orqanları ilə dəqiqləşdirilməsi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunacaq.
Təlimlərin hər bir mərhələsində döyüşə hazırolmanın yüksəldilməsi nəzərə alınmaqla, qoşunların vaxtında və hərtərəfli, o cümlədən informasiya təminatının həyata keçirilməsi ilə qoşunların və silahların ən müasir idarəetmə üsullarının tətbiqi planlaşdırılaraq vəziyyətin inkişafının ən vacib məsələləri diqqətlə nəzərdən keçiriləcək.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...
