Azərbaycan mediasının nümayəndələri ŞƏT sammitini yerindən izləyir
Bu gün Qırğızıstanın Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammiti keçirilir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, sammiti işıqlandırmaq üçün 500-dən çox yerli və xarici media nümayəndəsi akkreditasiyadan keçib.
Onlardan 434-ü xarici jurnalistdir və ümumilikdə 115 media qurumunu təmsil edir. Çin, Hindistan, Rusiya, Qazaxıstan, Pakistan, Özbəkistan, İran və digər ölkələrdən jurnalistlər Bişkekə gəliblər.
Azərbaycan mediasının nümayəndələri də sammiti yerindən izləyərək keçirilən görüşlər və qəbul olunan qərarlar barədə operativ məlumatlar təqdim edirlər.
Oxşar xəbərlər
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar
Bəzən bir telefon zəngi yalnız diplomatik təmas deyil, həm də siyasi münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyini göstərən mesaj olur. Oktyabrın 21-də Tür...