Azərbaycan Konstitusiyasının 30 illiyi ilə bağlı yubiley medalı təsis edilib
"Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)" yubiley medalı təsis edilib.
BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib.
Yubiley medalı haqqında əsasnaməyə görə, medalla Azərbaycan Konstitusiyasının hazırlanmasına, təkmilləşdirilməsinə və təbliğinə, qanunvericilik və hüquq sisteminin inkişafına, Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, Konstitusiya ilə təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, konstitusion ideya və prinsiplərin formalaşdırılması və inkişafına töhfələr vermiş, habelə Azərbaycan dövləti qarşısında xüsusi xidmətləri olan şəxslər təltif ediləcəklər.
Medalla təltif edən qurum qismində Konstitusiya Məhkəməsi çıxış edəcək.
Oxşar xəbərlər
Nazir: TRİPP-lə bağlı son məlumatlar prosesin 2027-ci ildə başlayacağını göstərir
ABŞ-dən olan tərəfdaşlar Azərbaycanı TRİPP-lə bağlı danışıqlar barədə mütəmadi olaraq məlumatlandırır. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu xarici iş...