Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların görüşünün təşkili müzakirə edilib
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti görüşünün təşkili müzakirə edilib.
BAKU.WS xəbər verir ki, bu barədə sentyabrın 5-də Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın rəhbərliyi ilə iki ölkə nümayəndə heyətlərinin Azərbaycan və Ermənistan ərazisinə qarşılıqlı səfərləri zamanı keçirilən görüşdə müzakirə olunub.
Bildirilib ki, nümayəndə heyətlərinin rəhbərləri Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti görüşünün təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
"Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar
"Şahinlərin Görüşü - 2026" birgə taktiki-uçuş təliminin iştirakçıları Bakıda yerləşən Hərbi Qənimətlər Parkında olublar. BAKU.WS xəbər verir ki, bu barədə Azərb...